İmamlar hətta təbiət hadisələrini də idarə etməyə qadirdirlər


Digərləri 30 Okt 2018 23:10:00 263 0

İmamlar hətta təbiət hadisələrini də idarə etməyə qadirdirlər

İmam Həsən Müctəbanın (ə) səhabələrindən biri nəql edir: "Bir gün dostlarımızla birlikdə Mədinə şəhərinin xaricində İmamla (ə) birlikdə əyləşmişdik. Söhbət etməklə məşğul idik.

Son.az deyerler.org-a istinadən bildirir ki, anidən bir dəstə ceyran gördük ki, qrup halında bizim yanımızdan keçirdilər.

İmam Həsən Müctəba (ə) onlara müraciət etdi və onların hamısı İmamın (ə) çağırışına "Ləbbeyk!" deyib dayandılar. Bir müddət sonra İmam (ə) onlara hərəkət etmək üçün izn verdi və onlar yollarına davam etdilər.

Bir dəstə insan dedi: "Ey Allah Rəsulunun (s) oğlu! Bu heyvanlar vəhşidirlər və bu, yer kəraməti idi. Əgər mümkündürsə, bizə səma kəramətini göstərin".