İmam Əli Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?


Digərləri 30 Okt 2018 22:45:00 275 0

İmam Əli Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?

Bütün böyük din alimləri kimi Əllamə Əmini də Əhli-Beytə (ə) böyük sevgi və eşq bəsləyən bəndələrdən olmuşdur.

Məclislərdə Ali-Muhəmməd (ə) müsibətinə yüksək səslə ağlayardı. Elə ağlayardı ki, sanki İmamlardan (ə) biri məclisdə iştirak edirdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu alim dəfələrlə Əmirəl-möminin (ə) hərəminə gedərək, ona təvəssül etmişdir. Ayətullah Bəhaəddini nəql edir: "Mərhum Əllamə "Ğədir" kitabını yazan zaman, Əmirəl-mömininə (ə) təvəssül etmişdi. Ancaq bir müddət keçməsinə baxmayaraq, xəbər yox idi.

Alim hərəmdə olan zaman səhra ərəblərindən biri gəlir və belə bir dua edir: "Ey Əli! Əgər kişisənsə, mənim işimi yerinə yetir!".

Sonrakı həftə alim yenə də hərəmdə olan zaman bu ərəb gəlir və deyir: "Ey Əli! Kişisən, işim düzəldi".