Allahın and içdiyi ata və oğul kimdir?


Digərləri 30 Okt 2018 22:10:00 247 0

Allahın and içdiyi ata və oğul kimdir?

İmam Hüseynin (ə) nuru "Bələd" surəsində həm zahir və həm də batini halda özünü göstərir. Yəni, bu surəni təfsir edən zaman bu surədə tanıdılan insanı İmam Hüseynə (ə) nisbət vermək olar. Həmçinin bu surədə adı çəkilən ancaq pakizələrin əli çatdığı kəsi İmama (ə) nisbət vermək olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu mübarək surənin ilk üç ayəsində iki and içir və bəşər üçün mühüm bir məsələni bəyan etmək istəyir. Bu andlardan biri ataya və

oğula görə edilən anddir. Quran buyurur: "Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə'bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə)". ("Bələd" 3).

Təfsir kitablarında bu ata və oğul barəsində müxtəlif nəzərlər vardır. O cümlədən:

1. Həzrət İbrahim (ə) və oğlu İsmayil (ə).

2. Həzrət Adəm (ə) və övladları.

3. Həzrət Adəm (ə) və onun nəslindən olan peyğəmbərlər (ə).

4. İmam Əli (ə) və oğulları İmam Həsən (ə), İmam Hüseyn (ə) və qalan

İmamlar (ə).

İmam Baqirdən (ə) gələn hədisdə bu ayə ilə bağlı oxuyuruq: "Valəd - Əli ibni Əbutalib (ə), vələd isə Həsən (ə) və Hüseyndir (ə)".