Plastik əməliyyat etməyə dinimizdə icazə verilirmi?


Digərləri 30 Okt 2018 21:50:00 254 0

Plastik əməliyyat etməyə dinimizdə icazə verilirmi?

Bədəndə olan hər hansı nöqsanı aradan qaldırmaq üçün plastik əməliyyat etdirmək qadağan deyil. Xüsusilə, əgər həmin nöqsan insanın həyatda öz yerini tutmasına, xoşbəxt olmasına əngəl törədirsə, onda psixoloji kompleks yaradırsa, icazəlidir. Lakin bu zaman da bəzi şərtlər gözlənilməlidir. Əvvəla, əməliyyat zamanı haram baxış və haram toxunma olmamalıdır (naməhrəm həkim tərəfindən). İkincisi, əməliyyatın məqsədi naməhrəmlərin gözündə özünü yaraşıqı göstərmək, onların diqqətini özünə çəkmək, əxlaqsız üsullarla özünü daha cazibədar göstərmək olmamalıdır. Bu halda plastik əməliyyat etdirmək böyük günah sayılır.