Bu il Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısı açıqlanıb


Digərləri 30 Okt 2018 21:55:11 260 0

Bu il Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısı açıqlanıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub.

Bakı. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayında göstərilir ki, bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon ABŞ dolları təşkil edib.