İmam Hüseynin ziyarəti ömrü və ruzini artırar


Digərləri 30 Okt 2018 21:25:00 254 0

İmam Hüseynin ziyarəti ömrü və ruzini artırar

Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir: "Muhəmməd ibn Müslüm İmam Sadiqdən (ə) nəql edir: "Şiələrimizə İmam Hüseynin (ə) ziyarətini əmr edin. Onu (ə) ziyarət etmək ruzini artırır ,ömrü uzadır və pislikləri dəf edir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Muhəmməd ibn Mərvan İmam Sadiqdən (ə) nəql edir :"Hər il də olsa, İmam Hüseyni (ə) ziyarət edin. Çünki onun haqqını tanıyaraq, inkar etmədən ziyarət edən şəxsin cənnətdən başqa əvəzi yoxdur. Ona geniş ruzi verilər, Allah tərəfindən xoşbəxtlik qismət olar".

Əbdül-Məlik Xasəmi İmam Sadiqin (ə) ona belə söylədiyini nəql edir: "Ey Əbdül-Məlik, İmam Hüseynin (ə) ziyarətini tərk etmə, dostlarına da bunu əmr et ki, (bu ziyarət səbəbilə) Allah ömrünü uzatsın,r uzini artırsın, xoşbəxt ömür nəsib etsin, dünyadan xoşbəxt halda köçəsən və Allah səni xoşbəxtlərdən yazsın".