İstənilən dadı verə bilən saqqız


Digərləri 30 Okt 2018 21:15:00 307 0

İstənilən dadı verə bilən saqqız

Elektrik dalğaları ilə dilinizdəki dad reseptorlarını xəbərdar edən sistem, davamlı olaraq saqqız dadı hiss etməyi təmin edir.

Yaponiyanın Meici Universitetinin araşdırmaları nəticəsində icad edilən sərhədsiz elektrikli saqqız ilə dilinizə davamlı elektrik verilərək dadın itirilməməsi təmin edilir. Dilinizə elektrik vermək işgəncə kimi görünsə də elektrik cərəyanı çox aşağı gərginlikdə olacağı üçün bu bir problem təşkil etmir.

Son.az deyerler.org-a istinadən bildirir ki, xüsusi olaraq hazırlanmış saqqız hər dəfə çeynənildikdə yaranan kinetik enerji reseptorlara çatdırılır və buna uyğun olaraq dilinizə elektrik verilir. Nəzəriyyədə saqqız, sensor əsaslı işlədiyi üçün dilinizə dünyadakı bütün dad növlərini çatdıra bilməsi lazımdır. Yeni texnologiya ilə bu anlıq inkişaf etmiş dadlar - qarışıq meyvə, çiyələk, qarpız və s. - əldə edilə bilmir.