İnsan sidiyindən kərpic.


Digərləri 30 Okt 2018 21:00:00 231 0

İnsan sidiyindən kərpic.

Cənubi Afrika Respublikasındakı tələbələr insan sidiyindən kərpic əldə etməyin yolunu tapıblar.

Bu kərpiclər ekoloji cəhətdən təmizdir, çünki bu, təbii tullantıların təkrar emalından əldə olunan məhsul deyil.

Onlar sidiyə qum və xüsusi bakteriyalar qarışdırıldıqdan sonra otaq temperaturunda sərtləşir. Bu isə o deməkdir ki, onların bişirilməsi üçün ətraf mühiti çirkləndirən sobalara ehtiyac yoxdur.

Bakteriyalar sidiyi parçalayır və nəticədə tələbələr kalsium karbonat - əhəng daşının əsas komponentini əldə edirlər.

"Dənizdə mərcanlar təqribən belə inkişaf edirlər", bu təcrübələrə başçılıq edən həkim Dillon Randall deyib.

Ənənəvi üsulla istehsal edilən kərpicləri müəyyən vaxt ərzində çoxlu miqdarda karbon dioksid istehsal edən xüsusi sobalarda saxamaq lazımdır. Bu isə, məlum olduğu kimi iqlim dəyişikliyinə mənfi təsir göstərir.

İstehsal prosesi

Cape Town Universitetinin mühəndislik fakültəsinin tələbələri sidiyi kişilərə məxsus ayaqyollarından toplayıblar.

Hər kərpicin istehsalı üçün 4-6 gün vaxt sərf olunur.

Universitet nümayəndələrinin dediyinə görə, daha sonra sidik qatı gübrəyə çevrildi, qalan maye isə bio-kərpicin əldə olunmasında istifadə olundu.

Proses zamanı bakteriyalar sidikdə sidik cövhəri istehsal edərək kalsium karbonat yaradır, hansı ki, sonra qum əlavə edilməklə boz rəngli sərt kərpicə çevrilir.

Nə qədər sidik lazımdır?

Orta hesabla insan bir dəfəyə 200-300 milli litr sidik istehsal edir. Bio-kərpicin istehsalı üçün 25-30 litr sidik lazımdır. Bu, əhəmiyyətli rəqəm kimi görünə bilər, amma bu sidikdən bir kiloqrama yaxın gübrə istehsal olunur. Başqa sözlə, 100 dəfə ayaq yoluna kiçik ehtiyacla getsəniz, siz bir dənə yaxşı kərpic istehal edə bilərsiniz.

Kərpiclərin sərtliyini və konkret ölçüsünü nizamlamaq mümkündür.