Azərbaycanlı aktyor əsəbləşdi: "Hava proqnozunun aparıcısı film haqqında rəy bildirir" VİDEO FOTO


Kriminal 30 Okt 2018 21:03:00 375 0

Azərbaycanlı aktyor əsəbləşdi: "Hava proqnozunun aparıcısı film haqqında rəy bildirir"  VİDEO  FOTO

Aktyor-kaskadyor Murad Abdullayevin Son.az-a müsahibəsi.

- Murad, uzun müddətdir ki, heç bir filmdə, serialda görünmürsünüz. Başınız nəyə qarışıb?

- Sonuncu dəfə 2017-ci ilin aprel ayında "Don Marleone" filmində çəkilmişəm. Məncə, ildə bir filmə çəkilmək hər bir aktyor kimi mənim üçün də normaldır. Deməzdim ki, kənarda qalmışam, görünmürəm. Səviyyəsiz komediyalarda, məntiqsiz dram filmlərində görünməkdənsə ildə bir dəfə tamaşaçılar qarşısına çıxmaq daha yaxşıdır. Amma kaskadyor kimi ildə 5-6 filmə quruluş verirəm. Sadəcə olaraq, işimiz kadrarxasında qaldığı üçün tamaşaçılar bunu görmür.

- Hal-hazırda çəkildiyiniz ekran işi var?

- Bəli, "Mübarizə" adlı dram-kriminal janrında olan bir filmə çəkilirəm. Çəkilişlərə aprel ayında başlayıb, iyun ayında bitirdik. Çoxseriyalı bədii filmdir. Ekran işində xüsusi təyinatlı hərbçini oynayıram. Obrazımın adı Mübariz Hüseynovdur. O, milli qəhrəman Mübariz İbrahimovun əsgər yoldaşıdır. Film Mübariz Hüseynovun başına gələn hadisələrdən bəhs edir.

- Filmin ideyası kimdən gəldi?

- Filmin ssenari müəllifi və rejissoru Rəşad Süleymanoğludur. Biz bir yerdə olanda o, mənə ssenarini oxuyub, məlumat verdi. Səhnəni gözümün önündə təsvir edəndə gözlərim yaşardı. Ssenari qıtlığı yaşadığımız bir ərəfədə bu filmin ssenarisi çox filmin ssenarisindən güclüdür. Əldə gərək yaxşı material, yəni ssenari olsun ki, aktyor da yaxşı oynaya bilsin. Bu filmin ssenarisi çox yaxşıdır.

- Fotolardan gördüyüm qədərilə filmdə təhlükəli səhnələr boldur. Çəkilişlərdə çətinlik yaranmadı ki?

- "Mübarizə" döyüş filmidir. Sadəcə olaraq, burada tryuklar olmadı, çünki dedektiv janrına daha yaxındır. Çünki filmin süjet xətti sırf araşdırmalar üzərində qurulub. Təbii ki, əkşın, kriminal janrı mənim tipimə uyğundur. Mənim üçün imkan yarandı ki, özümün həm dram, həm dedektiv, həm kriminal, həm də əkşın tərəfimi göstərə bilim. Çəkilişlərdə sırf maddi çətinliklər yaşandı. Filmin əsas interyer səhnələri Bakıda çəkilib. Ekstryer səhnələri isə xarici ölkələrdə Nyu Yorkda, Mayamidə, Fransada, İstanbulada çəkdik. İstanbulda çəkilən səhnəni təkcə filmə yox, seriala saldıq.

- Filmin aktyor heyətinə kimlər daxildir?

- Filmdə ən əsası dünya çempionu Əli Nəcəfi və iranlı model Tehranə Bəhruzi çəkilib. Biz istədik ki, ekran işində tanınmış simalar yox, yeni simalar olsun. Buna görə də kastinq etdik, istedadlı gənclər seçdik. İnanıram ki, onların oyun tərzindəki səmimiyyət tamaşaçıların xoşuna gələcək.