İmam Hüseynin ziyarət edənin savabı


Digərləri 30 Okt 2018 21:10:00 256 0

İmam Hüseynin ziyarət edənin savabı

Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir. Harun ibn Xaricə İmam Sadiqə (ə) dedi: "Bəziləri rəvayət edirlər ki, İmam Hüseyni (ə) ziyarət edən şəxsə həcc və ümrənin savabı vardır".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu:"Allaha and olsun ki, kim onun haqqını tanıyaraq ziyarət etsə, həmin şəxsin keçmiş və gələcək günahları bağışlanar".

Hüseyn ibn Muhəmməd Qummi İmam Museyi-Kazımdan (ə) nəql edir: "İmam Hüseynin (ə) haqqını, hörmətini və vilayətini tanıyaraq Fərat çayı sahilində onu ziyarət edənin ən aşağı savabı - keçmiş və gələcək günahlarının bağışlanmasıdır".

İbn Muskan İmam Sadiqdən (ə) nəql edir: "Kim İmam Hüseyni (ə) haqqını tanıdığı halda ziyarət etsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar".