Ərdoğan: “Xaşoginin qatilini qorumağa çalışırlar”


Dünya 30 Okt 2018 20:22:00 256 0

Ərdoğan: “Xaşoginin qatilini qorumağa çalışırlar”

Jurnalist Camal Xaşoginin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilməsi üzrə aparılan istintaq çərçivəsində jurnalistin cəsədinin hələ də tapılmaması və Səudiyyə rəsmilərinin bəzi suallardan yayınması onu göstərir ki, bu işdə əli olan kimlərisə qorumaq üçün oyun oynanılır.

Son.az Azvision.az-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxışı zamanı deyib.

"İpi unlamağın mənası yoxdur, bu iş həllini tapmalıdır. Xaşogi cinayətini ortada buraxmayacağıq. Bunun altında kimlərisə qorumaq oyunu var" - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib ölkəsinin İstanbuldakı Baş konsulluğuna gedərək cinayət yerinə baxış keçirib. Konsulluqda araşdırma aparmazdan əvvəl türkiyəli həmkarı İrfan Fidanla 1 saat 15 dəqiqəlik görüş keçirərkən əl-Muacib Xaşoginin cəsədinin harada olmasına dair ona ünvanlanan suallardan yayınmağa çalışaraq heç bir məlumata sahib olmadıqlarını və cəsədin Türkiyədə kiməsə təslim edildiyindən şübhələndiklərini bildirib.