Azərbaycanla Türkmənistan arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirələr olunub


Digərləri 30 Okt 2018 19:49:10 260 0

Azərbaycanla Türkmənistan arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirələr olunub

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Ş.Mustafayev Azərbaycan və Türkmənistanın dost ölkələr olduğunu, xalqlarımızı ortaq tarixin, dil, din və ənənələrin birləşdirdiyini, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrimizin inkşaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini, 2017-ci ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi və aparılmış müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafına mühüm töhfəsini verəcək. İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.