“Amazon”un sahibi iki günə 19 milyard dollar itirib


Digərləri 30 Okt 2018 19:12:00 251 0

“Amazon”un sahibi iki günə 19 milyard dollar itirib

Hazırda dünyanın ən varlı insanı - "Amazon" internet ticarəti kompaniyasının sahibi Ceff Bezosun sərvəti iki gün ərzində 19,2 milyard dollar azalaraq çox qısa zaman kəsiyində baş verən maliyyə itkiləri üzrə yeni rekord müəyyən edib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəlki rekordun sahibi Mark Sukerberq iyulun 27-də "Facebook" kompaniyasının aksiyalarının qiymətinin 20 faizdən çox ucuzlaşması səbəbindən 16,5 milyard dollar itirmişdi.

"Bloomberg" agentliyinin məlumatına əsasən, "Amazon"un aksiyalarının ucuzlaşması səbəbindən Bezosun özü də "kasıblayıb". Belə ki, oktyabrın 26-da kompaniyanın qiymətli kağızları 7,8 faiz, oktyabrın 29-da isə daha 6,3 faiz ucuzlaşıb. Aksiyaların ucuzlaşması reteylerin üçüncü rüb üzrə məruzəsinin dərc olunmasından sonra baş verib. Məruzədə sentyabrın 30-da başa çatan üç aylıq maliyyə dövründə kompaniyanın gəlirlərinin gözlənilən 57,1 milyard dollardan az - 56,6 milyard dollar olması barədə məlumat əksini tapıb.