Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq


Digərləri 30 Okt 2018 18:56:00 232 0

Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reyslər həyata keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, reyslər 2019-cu ilin aprelin 3-dən etibarən həyata keçiriləcək.

Bak-Buxarest-Bakı reysi üzrə biletlərin qiyməti 341 avrodan başlayacaq. Bilet qiymətinə 10 kiloqramadək əl yükü, 23 kiloqram baqaj və yemək daxildir.