Bakıda "Food and Drinks Fest" keçirildi


Digərləri 30 Okt 2018 17:24:00 282 0

Bakıda "Food and Drinks Fest" keçirildi

Yenidən Bakının mərkəzində oktyabrın 24-dən 29-dək şəhərin ən parlaq və dadlı festivallarından biri olan "Food and Drinks Fest" keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, festival "Meal For Real" komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

Festival bu dəfə Fəvvarələr meydanında keçirildi. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etmək idi. Festival qonaqlarını daha zəngin mədəni proqram - populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələr - gözləyirdi. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif etdilər.