"Duz gölü" ərazisində avtobus qəza törətdi


Digərləri 30 Okt 2018 16:12:00 279 0

"Duz gölü" ərazisində avtobus qəza törətdi

Binəqədi-Novxanı yolunda, "Duz gölü" adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az movqe.az-a istinadən xəbər verir ki, hadisə VAZ 21099 markalı avtomobilin sərnişin avtobusuna çırpılmasından sonra baş verib. Hadisə şahidləri bildirib ki, Binəqədi-Novxanı yolu ilə hərəkətdə olan sərnişin avtobusu yolun hərəkət hissəsində qəfil saxlayaraq yolda sərnişin düşürdüb.   Bu zaman həmin istiqamətdə hərəkətdə olan VAZ 21099 markalı avtomobil avtobusa çırpılıb.   Bundan sonra zəncirvari qəza hadisəsi baş verib. Həmin istiqamətdə hərəkət edən "Şaqman" markalı yük maşını VAZ 21099-çırpılıb.   Zəncirvari qəza nəticəsində sərnişin avtobusu sürücüsü ağır, sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıblar.   VAZ 21099 markalı avtomobilin içərisində olan üç nəfər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Videonu izləmək üçün şəklə klikləyin: