Səbail rayonuna yeni icra başçısı təyin edildi


Siyasət 30 Okt 2018 15:50:00 283 0

Səbail rayonuna yeni icra başçısı təyin edildi

Prezident İlham Əliyev V.T.Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.