Prezident İlham Əliyev Beyləqan rayonuna yeni icra başçısı təyin edib


Siyasət 30 Okt 2018 15:53:00 212 0

Prezident İlham Əliyev Beyləqan rayonuna yeni icra başçısı təyin edib

Prezident İlham Əliyev A.Ə.Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.