Miqrantlara qarşı etiraz aksiyaları başladı


Dünya 30 Okt 2018 15:24:00 259 0

Miqrantlara qarşı etiraz aksiyaları başladı

Almaniyada miqrantlara qarşı etiraz aksiyası keçirilir.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, 18 yaşlı tələbənin zorlanmasından sonra minlərlə yerli sakin küçələrə axışaraq miqrantların törətdikləri qanunsuz əməllərə qarşı çıxıblar.

Almaniyanın cənubunda yerləşən Frayburq şəhərində 2000-dən çox yerli sakin küçələrə çıxaraq kansler Anqela Merkelin miqrantlarla bağlı apardığı siyasətə və Suriyalı qaçqınlara etiraz ediblər. Onlar miqrantlarla bağlı qaydaların sərtləşdirilməsini tələb edirlər.