Azərbaycanda alternativ enerji istehsalı artırılacaq


Digərləri 30 Okt 2018 15:00:00 232 0

Azərbaycanda alternativ enerji istehsalı artırılacaq

Azərbaycanda yaxın illərdə bərpa olunan enerji mənbələri ilə işləyən və ümumi gücü 420 meqavat olan elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, bu işlə əlaqədar yeni qanun və qanunvericilik aktlarının hazırlanmasına başlanılıb.

Nazir müavini əlavə edib ki, qanun layihəsinin hazırlanması altı ay ərzində başa çatacaq.