Dünyada 100 mindən çox insan "yoxa çıxıb"


Dünya 30 Okt 2018 15:08:00 213 0

Dünyada 100 mindən çox insan "yoxa çıxıb"

Hazırda dünyada 100 mindən çox itkin var.

Son.az Sputnik Türkiyəyə istinadla bildirir ki, bu barədə məlumat Beynəlxalq Qırmızı Xaç Komitəsindən verilib və "qlobal böhran" kimi qiymətləndirilib.

Komitənin üzvü Aqnes Kutu (Agnes Coutou) açıqlamasında bildirib ki, hazırda 100 mindən çox insan müxtəlif səbəblərdən itkin düşüb. Onun dediyinə görə, bu indiyə qədər olan ən yüksək rəqəmlərdir.