BMT BDU-da seminar keçirib (FOTO)


Digərləri 30 Okt 2018 15:02:00 208 0

BMT BDU-da seminar keçirib (FOTO)

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib.

Bakı. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib. Trend-in məlumatına görə, tədbirdə BMT-nin nüfuzlu ekspertləri, Finlandiya, Belarus Respublikası, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Estoniya, Gürcüstan, Latviya, Qırğızıstan, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistandan gələn 25 xarici ekspert iştirak edib. Seminarın məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisini keçirmək imkanlarını gücləndirmək, həmçinin iştirakçılar arasında fikir və təcrübə mübadiləsini təşkil etmək olub. Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Qeyd edib ki, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı həyata keçirilən mühüm addımların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq nöqteyi-nəzərdən Azərbaycan tərəfindən kifayət qədər mühüm tədbirlər həyata keçirilib. Korrupsiyaya qarşı qanunvericilik üzrə mühüm istiqamətlər ali məktəblərdə ayrı-ayrı fənlər üzrə proqramlara daxil edilib, bu sahədə ixtisaslaşmış mütəxəssislər hazırlanmasına başlanılıb. Belə ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu sahədə dünya təcrübəsinə uyğun olaraq “Transmilli cinayət hüququ” magistratura ixtisaslaşması yaradılmaqla ixtisaslaşmış kadrların hazırlanması müvəffəqiyyətlə həyata keçirilir.