Azərbaycanda 400ə yaxın oğlan 18 yaşı tamam olmamış


Digərləri 30 Okt 2018 14:40:00 252 0

Azərbaycanda 400ə yaxın oğlan 18 yaşı tamam olmamış

Son 27 ildə Azərbaycanda 373 nəfər oğlan 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb.

Həmin ildə 50 oğlan 18 yaşı tamam olanadək evlənib. Sonrakı yüksək göstəricilər 2005, 1995, 2007-ci ildə qeydə alınıb. 2005-ci ildə 18 yaşadək nikaha daxil olan oğlanların sayı 48, 1995-ci ildə 44, 2007-ci ildə 36, 2008-ci ildə 35 olub. 1990-cı ildən 2011-ci ilədək olan dövrün qalan illərində isə 18 yaşadək nikaha daxil olanların sayı hər il 11-20 nəfər arasında dəyişib.