Azərbaycanda kişilər 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq


Digərləri 30 Okt 2018 14:28:00 256 0

Azərbaycanda kişilər 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq

Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.