"Taksi sürücüsü mənə evlilik təklif etmişdi"


Şou-biznes 30 Okt 2018 14:04:00 205 0

"Taksi sürücüsü mənə evlilik təklif etmişdi"

Müğənni-meyxanaçı Samirə Yusifqızı bir müddət öncə şəxsi həyatıyla bağlı verdiyi açıqlamanın bəzi insanlar tərəfindən yanlış anlaşılmasına münasibət bildirib.

Son.az xəbər verir ki, ölkə.az-ın əməkdaşıyla söhbətində ailə quracağı şəxslə bağlı bunları deyib:

"Ailə quracağım insanla intllektimiz, həyata baxışımız uzlaşmalıdır. Mənə hətta səkkiz il öncə taksi sürücüsü də evlilik təklif etmişdi, amma yox dedim. Yox deməyimə səbəb onun taksi sürücüsü olmağı yox, fikirlərimizin uyğun gəlməməsi idi. Ailə qurarkən insanı hərtərəfli tanımalı, bələd olmalısan. Təkcə pulla iş bitmir".