ATƏTin Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlandı


Siyasət 30 Okt 2018 13:36:00 310 0

ATƏTin Minsk qrupu həmsədrlərinin regiona səfərinin məqsədi açıqlandı

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ATƏT-dən bildiriblər.

Qeyd olunub ki, hazırda həmsədrlər regionda səfərdədirlər:

"Həmsədrlər səfər çərçivəsində regiondakı vəziyyəti nəzərdən keçirir və tərəfləri Düşənbədə liderlərin əldə etdiyi razılaşmadan sonra gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağırır. Onlar, həmçinin danışıqlar prosesinin fəallaşdırılması və digər addımları müzakirə edirlər".

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri ötən gün Yerevana səfər edib.

Son.az