Tanınmış veteran jurnalist vəfat etdi


Digərləri 30 Okt 2018 13:25:00 242 0

Tanınmış veteran jurnalist vəfat etdi

Mətbuat Şurası veteran jurnalist Oqtay Cəfərovun ölümü ilə bağlı nekroloq yayıb.

Şuradan Son.az-a verilən məlumata görə, nekroloqda deyilir:

"Tanınmış veteran jurnalist Oqtay Cəfərov ömrünün 85-ci ilində vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşürük.

O.Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın "Kimyaçı" qəzetinin, "İnşaatçı" qəzetinin, həmçinin "Müxbir" jurnalının baş redaktoru olub.