Bu ay “partladanlar”


Şou-biznes 30 Okt 2018 13:18:00 257 0

Bu ay “partladanlar”

Bu ay şou-biznesin "gəlhagəl"li ayı idi. Klip çəkdirən, təqdimat edən kim, klipdə su pərisinə bənzəyib, həmcinsi ilə öpüşən kim.

Ekran işləri fərqliliyi, bənzərliyi ilə xeyli diqqət çəkdi və ay ərzində bir neçə yeni iş təqdim olundu.

Mİlli.Az oxu.az-a istinadən oktyabrın ən çox müzakirə edilən və baxılan kliplərini təqdim edir:

Oktyabrın əvvəlinə təsadüf edən Əməkdar artist Röya Ayxanın "Afaki" klipi Orçun Mutlunun rejissorluğu ilə İstanbulda yerləşən Fransız yetimxanası adlanan tarixi binadakı ahəngli görüntüsü ilə bəyənildi.

"Youtube"da 3 milyona yaxın izlənilən klip bir neçə gün trenddə qalsa da, başqa işlərin meydana çıxması, onu ön plana çıxarmadı.

Günay İbrahimlinin Ukraynada lentə aldırdığı "Can atma" adlı klipi istənilən baxışı toplamasa da, ay ərzində ən çox müzakirə olunun ekran işi ünvanının sahibidir.

Fərqli tərzdə olan mahnı, İbrahimlinin rəqsləri klipi seçilənlərdən etdi.

Sözləri Diana Hacıyevaya, musiqisi İfsar Sarabskiyə aid olan "Dreamer" adlı mahnıya klip çəkdirən Elnur Hüseynov yenə də fərqli tərzini ortaya qoydu. Yarıçılpaq oğlanların striptiz göstərdiyi klip müzakirə olundu. Klipin bir ay ərzindəki baxış sayı isə 100 minə yaxındır.

Xalq artisti Faiq Ağayevin illər sonra çəkdirdiyi "Gözüm dəyməsin sənə" adlı ekran işi isə pozitivliyi ilə digərlərindən seçilirdi. Bir çox məşhurun yer aldığı klipdə Ağayevin maşın yuması xüsusi diqqət çəkib.

Natavan Həbibinin "Qısqana-qısqana" adlı klipi bu ayın partlayışlarından sayılır. Tizeri ilə əvvəlcədən gündəmi zəbt edən klip, çıxdığı gündən sosial mediada ən çox paylaşılanlar arasında yer aldı. Günlərlə trenddə ilk sıralarda yer alan ekran işi 15 günə 1 milyondan çox izlənmə sayı topladı. Klipdə "Su pərisi"ni canlandıran Natavanın klipi rəngləri, görüntü keyfiyyəti və çəkiliş tərzi ilə bütün kliplərdən fərqləndi.