Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi


Digərləri 30 Okt 2018 13:02:00 214 0

Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, yeni qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, bu qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq, uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.