Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edir


Siyasət 30 Okt 2018 12:39:09 230 0

Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edir

Milli Məclisin deputatı Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Z.Oruc bildirib ki, ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur: "Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir".

Millət vəkilinin fikrincə, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır:

"Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ azərbaycanlı və erməni icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk qrupuna".