Daxili İşlər Nazirliyi vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir


Digərləri 30 Okt 2018 12:38:48 237 0

Daxili İşlər Nazirliyi vakant vəzifələrə qəbulla əlaqədar 
müsabiqə elan edir

Daxili İşlər Nazirliyi İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bakı. Daxili İşlər Nazirliyi İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta-ixtisas təhsilli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə İmişli şəhərində və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.