Vikipediyadakı SƏHVLƏRƏ görə kim cavabdehlik daşıyır?


Digərləri 30 Okt 2018 12:19:00 304 0

Vikipediyadakı SƏHVLƏRƏ görə kim cavabdehlik daşıyır?

Vikipediya bilik əldə etmək və verilən məlumatların doğruluğunu yoxlamaq üçün əvəzolunmaz mənbədir. Bu internet resurs vasitəsilə dünyanın dörd bir yanından yerləşdirilən məlumatları asanlıqla əldə etmək olur. Minlərlə könüllü tərəfindən davamlı olaraq yenilənən Vikipediya əsl ensiklopediyadır.

Vikipediya 2001-ci il yanvar ayının 15-də fəaliyyətə başlayıb. Azərbaycan dilində bu veb-saytın bölməsi isə 2002-ci ildə işə düşüb. Hazırda Azərbaycan dilində olan Vikipediya-da 138.755 məqalə var.

2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediya-da məqalələrin sayı 100 000-i keçib. Beləliklə bu layihə Vikipediya-nın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlayıb.

Dünyada milyonlarla insan bu nəhəng ensiklopediyanı könüllü olaraq yeniləyir və məqalələrin sayını artırır. Öz Vikipediya-larında könüllü olaraq çalışan hər bir xarici vətəndaş yazılmayan məqalələri yaradır, səhvləri düzəldir.