Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar


Digərləri 30 Okt 2018 12:14:00 249 0

Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar

Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.

Bakı. Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib. Trend-in məlumatına görə, birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir. Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.