“Bakılifttəmir”in eksrəisinin cinayət işi barədə yeni AÇIQLAMA


Digərləri 30 Okt 2018 11:35:08 223 0

“Bakılifttəmir”in eksrəisinin cinayət işi barədə yeni AÇIQLAMA

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda, eyni zamanda, "Bakılifttəmir" İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:

"Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən "Bakılifttəmir" İstehsalat Birliyində aparılır. Hazırda "Bakılifttəmir" İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək".

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.