Bakıda vəkilin maşınına oğru girdi FOTO


Digərləri 30 Okt 2018 11:20:00 218 0

Bakıda vəkilin maşınına oğru girdi  FOTO

Azərbaycan Vəkillər Kollegiyasının üzvünün maşınına hücum olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Asif Abdullayev özü məlumat yayıb.

O bildirib ki, oktyabrın 28-də naməlum şəxs avtomobilinin şüşəsini qıraraq içəri daxil olub, amma heç nə götürməyib: "Salonda ümumilikdə 84 manat və 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. 

Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdı. Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 maşın var idi və bəlkə də ən ucuzu mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub.


Xəbərə aid fotolar