Futbol sensasiyası yaratmış milyarderlə futbol vidalaşdı VİDEO FOTO


Digərləri 30 Okt 2018 11:29:00 210 0

Futbol sensasiyası yaratmış milyarderlə futbol vidalaşdı  VİDEO  FOTO

İngiltərənin "Lester Siti" futbol klubunun prezidenti, tay milyarder, "King Power Duty Free" şirkətinin sahibi Viçay Şrivaddanaprabha ilə vida mərasimi keçirilib.

Tay milyarder və daha 4 nəfərin olduğu Agusta Westland AW169 markalı helikopterin qəzaya uğramışdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünən Lester şəhərindəki "King Power  Arena" stadionunda 60 yaşlı milyarderlə klubun üzvləri, azarkeşlər vidalaşıblar.

Vida mərasimində milyarderin xanımı Aymon və oğlu, varisi Ayirvatt başsağlıqlarını qəbul ediblər.

Britaniya şahzadələri Harri və Uilyam da Şrivaddanaprabha ailəsinə başsağlığı ünvanlayıblar.

60 yaşlı milyarderin özəl helikopteri "Lester Siti"in "King Power Arena" stadionunda oktyabrın 27-də, "Vest Hem Yunayted"ə qarşı matçdan bir saat sonra, havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşərək alışıb. Qəzada 5 nəfər həlak olub.

(adsgarden = window.adsgarden || []).push({});