Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub


Digərləri 30 Okt 2018 11:23:00 211 0

Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.

Bakı. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.