Elman Rüstəmov inflyasiyadan danışdı


Digərləri 30 Okt 2018 11:27:00 210 0

Elman Rüstəmov inflyasiyadan danışdı

Azərbaycanda inflyasiya 2,6 faiz səviyyəsində formalaşıb.

Bakı. Taleh Mursaqulov, İlhamə İsabalayeva - Azərbaycanda inflyasiya 2,6 faiz səviyyəsində formalaşıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. E.Rüstəmov qeyd edib ki, son 3 ayda orta illik inflyasiyada azalma meyli davam edib: "2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, bu ilin 3-cü rübü ərzində ritmik templə azalıb". Onun sözlərinə görə, inflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır: