"Miqrasiyanın əhatəsinin böyük olması cinayətkar qruplar üçün qanunsuz yolla gəlir əldə etməyə imkanlar yaradır"


Digərləri 30 Okt 2018 10:46:00 283 0

"Miqrasiyanın əhatəsinin böyük olması cinayətkar qruplar üçün qanunsuz yolla gəlir əldə etməyə imkanlar yaradır"

Dünyada 260 mindən çox beynəlxalq miqrantın olması problemdir. Bu problemin həlli də çoxtərəfli yanaşma tələb edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov parlamentdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza" adlı konfransda deyib.

O bildirib ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkanlar yaradır: "Qanunsuz miqrant qaçaqmalçılığı dediyim anlayış bu gün dünyada bir reallıqdır. Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınların olmasını görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının almasına səy göstəririk".