Milli Məclis bu gün toplaşır


Digərləri 30 Okt 2018 09:12:00 239 0

Milli Məclis bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləyə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Tütün və tütün məmulatı haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.