Neyron şəbəkə yeni ətir qoxuları yaradacaq


Digərləri 30 Okt 2018 08:46:00 294 0

Neyron şəbəkə yeni ətir qoxuları yaradacaq

"IBM Research" tədqiqat təşkilatının alimləri "Symrise" ətriyyat istehsalçısı ilə birgə yeni ətir qoxuları yaratmağa kömək edəcək "Philyra" süni intellektini yaradıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, neyroşəbəkələr tərəfindən insan üçün təhlükəsiz ətirlərin seçilməsində  istifadə edilən maddələrin tərkibi analiz ediləcək. Bundan başqa, onlar mövcud ətir iyləri əsasında yenilərini yaradacaqlar: əvvəllər təsadüf edilməyən uyğun qoxular seçiləcək. Alqoritmlər artıq 1,7 milyon iyi yadda saxlayıb.

Qeyd olunur ki, süni intellekt yeni ətirləri müstəqil yaratmayacaq. Belə ki, o, ətriyyat şirkətinə kömək edərək onun tədqiqatlarının daha dəqiq aparılmasına şərait yaradacaq.