ABŞda repçi güllələnərək qətlə yetirilib


Digərləri 30 Okt 2018 08:48:00 230 0

ABŞda repçi güllələnərək qətlə yetirilib

ABŞ-ın Yeni Orlean ştatında daha çox "Young Greatness" ləqəbi ilə məşhur olan 34 yaşlı repçi Teodor Cons güllələnib.

Son.az "Report"a istinadən bildirir ki, rep ifaçısı yerli restoranlardan birinin qarşısında qətlə yetirilib.

Eyni zamanda hadisə yerindən onun avtomobili də oğurlanıb. Lakin sonradan maşın polis tərəfindən tapılıb.