İtaliyada pis hava şəraitindən ölənlərin sayı artıb FOTO


Dünya 30 Okt 2018 08:20:00 235 0

İtaliyada pis hava şəraitindən ölənlərin sayı artıb  FOTO

İtaliyada bütün Apennin yarımadasını əhatə edən pis hava şəraiti səbəbindən ümumilikdə ölənlərin sayı 7 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi "Messaggero" qəzeti yazıb.

İnsanların ölümünə əsasən güclü külək nəticəsində ağacların aşması səbəb olub. Təbii fəlakət qurbanlarının əksəriyyəti hadisə baş verən zaman öz avtomobillərində olublar.


Xəbərə aid fotolar