Nigeriyada müsəlman nümayişçilərə atəş açıldı:


Dünya 30 Okt 2018 08:30:00 233 0

Nigeriyada müsəlman nümayişçilərə atəş açıldı:

Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, "Nigeriya İslam Hərəkatı"nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.

Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.