Tunisdə terakt: 20 yaralı


Dünya 30 Okt 2018 08:10:00 271 0

Tunisdə terakt: 20 yaralı

Bazar ertəsi Tunisin eyniadlı paytaxtının Həbib Burqiba xiyabanında qadın terrorçu-kamikadzenin hücumları nəticəsində yaralıların sayı azı 20 nəfərə çatıb. Onların arasında iki uşaq da var.

Son.az "Report"a istinadən bildirir ki, bunu respublikanın daxili işlər naziri Hişam Furati yerli "Shems FM" radiostansiyasında çıxışı zamanı deyib.

"15 təhlükəsizlik xidməti əməkdaşı və 5 dinc sakin, o cümlədən iki uşaq yaralanıb", - deyə DİN başçısı bildirib.