Namazın qiyam hissəsində duruş tərzi necə olmalıdır?


Digərləri 30 Okt 2018 07:31:00 289 0

Namazın qiyam hissəsində duruş tərzi necə olmalıdır?

Namazın qiyam hissəsində insan Allahın hüzurunda durduğunu hiss etməli, təvazö və xüşu vəziyyətində olmalıdır. Ehtiyac olmadığı halda nəyə isə söykənmək olmaz. Bədən aram vəziyyətdə qalmalı, bədənin ağırlığı hər iki ayağın üzərinə bərabər şəkildə salınmalıdır. Qəsdən bədəni hərəkət etdirmək, barmaqları oynatmaq, barmaqdakı üzüyü tərpətmək və sairə işlər məkruh (bəyənilməz) sayılır. Çiyinlər aşağı salınmalı, əllər bədənin yanlarında, budlara bitişik tutulmalıdır (yalnız Cəfəri məzhəbinə və əhli-sünnənin Maliki məzhəbinə görə). Əl barmaqlarını bitişdirmək məsləhətdir. Ayaqlar bir-birinə yaxın qoyulmalı (aralarında ən çoxu bir qarış məsafə qalmaqla), ayaq barmaqlarının ucu qibləyə tərəf olmalıdır. Gözü hərlətməmək, möhürə baxmaq tövsiyə olunur.