Qiyamət günündə insanlar niyə sərxoşa bənzədilir?


Digərləri 30 Okt 2018 07:22:00 240 0

Qiyamət günündə insanlar niyə sərxoşa bənzədilir?

Qiyamət günündə hər kəs öz fikrndə olar. İnsanlar dəhşət içində o tərəf-bu tərəfə elə vurnuxarlar ki, ayaqları dolaşıb yıxılarlar. Kənardan baxana elə gələr ki, onlar sanki sərxoşdurlar. Eləcə də, bəzi insanlar qorxunun təsirindən şoka düşər, donub qalarlar. Bu da sərxoş adamların durumuna bənzəyən bir haldır. Buna görə Qurani-kərimdə buyurulur: "Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!" (Həcc, 1-2).