Bəzi hədislərdə keçən “kamil dəstəmaz” ifadəsi nə deməkdir?


Digərləri 30 Okt 2018 07:11:00 249 0

Bəzi hədislərdə keçən “kamil dəstəmaz” ifadəsi nə deməkdir?

Dəstəmazı kamil şəkildə almaq, yəni onun şərtlərinə dolğun şəkildə riayət etmək mənasını verir. Məsələn, sudan bol istifadə etmək (amma israfa yol vermədən), bədən üzvlərini yuyarkən hər yerin tam yuyulmasına diqqət yetirmək, əl ilə sürtüb suyu yaymaq, dəstəmaz üzvlərini iki dəfə yumaq, dəstəmaz alarkən oxunması müstəhəb olan duaları oxumaq (əgər əzbər bilirsə) və s. Bu şərtləri yerinə yetirməklə alınan dəstəmazı kamil dəstəmaz saymaq olar.