500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb FOTO


Digərləri 29 Okt 2018 23:52:00 279 0

500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb  FOTO

Xocavənd rayonunda 500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 15:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar