Zeytun çəyirdəyi çox güclü antioksidantdır


Digərləri 29 Okt 2018 23:33:00 252 0

Zeytun çəyirdəyi çox güclü antioksidantdır

Zeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir. Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.

Gündə üç dəfə yeməkdən əvvəl üç ədəd zeytun çəyirdəyini udmaq mədə turşuluğunu aradan qaldırır, təxminən on gün sonra qastrit eroziyaları ilə əlaqədar olan ağrını azaldır, bağırsaq kolitlərində faydalı təsir göstərir, qəbizliyi və babasili müalicə edir. Yetişmiş, qaralmış zeytunlar toplanılaraq mətli hissəsi sürtkəc vasitəsilə ayrılır. Həmin hissəni sıxıb yağ əldə etmək, tumlarını isə qurudub saxlamaq olar. Udmazdan əvvəl zeytunun uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, boğaza və ya mədə-bağırsağa ilişib zərər verməsin. Qurumuş çəyirdəyin üyüdülmüş tozundan da istifadə etmək olar ki, nəticə olaraq bir ay sonra dəridə parlaqlıq yaranır. Bu toz eyni zamanda hormonal pozuntular, öd qatılığı və mədəaltı vəzidə olan iltihab prosesi zamanı çox faydalıdır.